Bülleten

həftəlikbülleten

KOKOS LİFİ - EKOLOJİ CƏHƏTDƏN TƏMİZ YETİŞDİRMƏ VASİTƏSİ KİMİ

Mayk Nikols




Qəbul etdiyimiz qidaların böyük əksəriyyətinin birbaşa və ya heyvanlar vasitəsilə torpaqda yetişdirilən bitkilərdən əldə olunmasına baxmayaraq, torpaq bitkilərin becərilməsi üçün heç də ən ideal vasitə deyildir. Əslində fakt odur ki, çox az sayda torpaqlar məhsulun yetişdirilməsi üçün tələb olunan ən əlverişli su və oksigen səviyyəsini təmin edə bilir. Məsələn, qumlu torpaqlar köklərin tənəffüsünü (tənəffüs bitkilər tərəfindən mineral maddələrin qəbulunun əhəmiyyətli hissəsidir) təmin etmək üçün tələb olunan oksigen səviyyəsinə malik olsa da, belə torpaqlarda su çatışmazlığı olur. Halbuki, gilli torpaqlar bunun tam əksinə, havalandırma zəif olsa da, lazımi su ehtiyatlarına malik olur. Hətta rütubəti saxlayan gilli məhsuldar torpaqlar belə xüsusilə yüksək dəyərli istixana (qorunan) məhsullarının istehsalı üçün istifadə olunduqda, xüsusi qaydada hazırlanmış yetişdirmə vasitəsi kimi ideal hesab olunmurlar. Bu səbəbdən, 19-cu əsrdə istixana məhsullarının istehsalçıları geniş çeşidli yetişdirmə vasitəsi hazırladı və həmin istehsalçılar “şəxsi” yetişdirmə formullarını gizli saxladılar. Bu səbəbdən, hal-hazırda biz bitkilərin qidalandırıcı maddələrə olan tələbatları haqqında çox az biliklərə sahibik; elə buna görədir ki, formulların əksəriyyəti torpaq, üzvi maddə (yarpaq gübrəsi), qum (qurudulma üçün) və qaxsımış üzvi peyindən istifadə yolu ilə hazırlanmışdır. Bu vəziyyət 1940-cı illərə qədər dəyişməmiş, yalnız həmin illərdə BK-da Con İns Tədqiqat İnstitutu geniş çeşidli istixana məhsullarının inkişafına müsbət təsir göstərən standart formullar toplusu hazırlamışdır. Bu formul əsasən sterilizə edilmiş lifli gilli torpaq, torf, qum və sadə gübrələrin qarışığından ibarət idi.

Torpaqsız formul isə Kaliforniyada (ABŞ) təxminən eyni vaxtda UC adlandırılan system tərəfindən işlənib hazırlandı.
1960-cı illərdə İngiltərədə Dr.Alan Kuper adlı bir alim geniş çeşidli istixana məhsullarının yetişdirilməsi üçün Qidalandırıcı Üzlük Üsulu (ingiliscə NFT) adlanan hidroponik sistem hazırladı və onunla təzminən eyni vaxtda Niderlandda Qrodan tərəfindən daş yununun istifadəsinə əsaslanan hidroponik sistem hazırlandı. Şüşə yunu qranit daşını əridib ərintini  şəkər pambığı kimi uzadaraq, üzərinə nəmləndirici maddə əlavə etmək və plitələrə tökməklə istehsal olunur.

İlk başlarda hidroponik sistemdən quraqlıq yerlərdə (Wake Island  və Aruba kimi səhra adaları) və ya insan ifrazatı ilə çirklənmiş ola bilən torpaqlarda məhsulların yetişdirilməsinə şərait yaratmaq məqsədilə istifadə edilirdi.İlk layihələrdə substrat kimi çınqıl və ya qranit daşından istifadə nəzərdə tutulurdu. Faktiki olaraq Ermənistan və Meksikada hal-hazırda hələ də qranit daşından istifadə edilməkdədir. Çəki burada əsas amildir. Belə ki, bənzər havalandırma xüsusiyyətlərinə malik olan daha yüngül bir vasitəyə tələbatın olduğu bir vaxtda binaların izolyasiya edilməsi üçün istifadə edilən daş yununa əlavə olaraq, bağçılıqda istifadə məqsədi daşıyan daş yunu hazırlandı. Əsas fərq ondan ibarətdir ki, tikində istifadə olunan daş yunu sukeçirməzlik qabiliyyətinə malik olduğu halda, bağçılıqda istifadə olunan daş yununun tərkibində istehsal prosesi ərzində su keçirən kimyəvi maddə vardır.

Standartlaşdırıla bilən və dəqiq standartlara uyğun istehsal olunan məhsul olduğundan, daş yunu (Qrodan və Kutilen tərəfindən istehsal olunmuşdur) heç şübhəsiz hidroponik yetişdirmə vasitəsinin qızıl standartıdır.
Bununla belə, daş yununun aşağıdakı çatışmazlıqları var:

  1. Şəkər pambığına bənzər məhsul istehsal etmək məqsədilə qranit daşının1700C-yə qədər əridilməsi üçün xeyli miqdarda enerji tələb edir;

  2. 93% hava tərkibli bu məhsulun daşınması baha başa gəlir;

  3. Zibilxanalar istisna olmaqla, istifadədən sonra onların atılması çətinlik törədir. Avropada əridilib yenidən kərpicə çevrilməsi üçün bu məhsullar istehsalçıya geri qaytarılmalıdır.

Hidroponik sistem üçün perlit, pemza kimi qeyri-üzvi və ya torf, yonqar, şam qabığı kimi üzvi materiallar da daxil olmaqla, geniş çeşiddə digər substratlardan da istifadə oluna bilər. Bununla belə, son illərdə kokosdan alınan kokos lifi bir çox səbəblərdən ən vacib üzvi hidroponik yetişdirmə vasitəsi hesab olunur. Ekoloji baxımdan torf hal-hazırda ifrat istifadə səbəbindən riskli hesab olunur. İlk növbədə fakt odur ki, bu, tullantı məhsuludur və (kokos yetişdirilən) tropik şəraitdə geniş miqdarda əldə edilə, asanlıqla qurudula və sonra sıxıla bilər (öz normal həcminin təqribən 20%-nə qədər). Elə bu səbəbdən, daşınması digər yetişdirmə vasitələri ilə müqayisədə daha ucuz başa gəlir. Sonuncu və ən əsas məqam isə odur ki, bu məhsul bir istifadədən sonra (və ya hidroponik şəraitdə bir neçə dəfə istifadə zamanı) sahədə torpağın yaxşılaşdırılması baxımından əhəmiyyət kəsb edir.

Kokos lifi 1980-ci illərə qədər bağçılıqda geniş istifadə olunmurdu. 1980-ci illərdən etibarən kokos lifinin torfu əvəz edə bilən faydalı yetişdirmə vasitəsi olduğu müəyyən edildi. Əslində bu, tam olaraq düzgün sayılmır, çünki quru torf hidrofilik (suyu sevən) olduğu halda quru kokos hidrofobikdir (suyu sevməyən), ancaq bununla belə hər iki məhsulun funksiyaları bir-birinə bənzəyir. Kokos lifinin istifadəsi bir müddət dayandırılmışdır. Təcrübədə ondan şor suda yad cisimlərin hopdurulması (lifləri gücləndirmək üçün?) məqsədilə istifadə edilmişdir; bu isə o deməkdir ki, kokos lifi tozunda çoxlu miqdarda sodanın olma təhlükəsi var idi. Bununla belə, ilk başlarda istifadə edilən kokopit yağışla süzülüb toplanan köhnə (çoxdan yığılan) qalaqlardan alındığından, yaxşı süzülmüş təzə kokos lifləri toplanmayana qədər sodadan istifadə problem yaratmırdı. Bu zaman yastıq və ya yorğanların doldurulması və ya ip istehsalında istifadəsi baxımından yalnız kokos kommersiya dəyərinə malik məhsul hesab edilirdi. Narın toz halında olan kokopit tullantı məhsulu hesab edilmiş və çirklənmiş  yığıntılarda qalmışdır.

Kokos tropik zonalarda “həyat palması” və ya “ilahi meyvə” adlanır və meyvələrindən də müxtəlif növ məhsullar alınır. Əvvəllər kokos sadəcə kommersiya məqsədi ilə kopra, yəni kokos palmaları qozlarının qurudulmuş yağlı növü kimi becərilirdi.  Kopra xaricdən bərk lifli qabıqla əhatə olunur. Məhsullar yerdən yetişmiş kokos qozlarının toplanması ilə yığılırdı. Son zamanlar kokos suyuna olan marağın artması nəticəsində gənc oğlanlar palmalardan daha az yetişən qozlarıyığırlar(bax:şəkil).  Kokos qozlarının çəkisi təqribən 1.5 kq olduğu zaman hər an töküləbilmə təhlükəsi olduğundan palmaların altında dayanmamaq lazımdır.

Kokos lifinin keyfiyyətinə olan tələblər son illər ərzində dəyişmişdir. İlk əvvəllər liflər yorğanların doldurulması və ip hazırlanması üçün çıxarıldıqdan sonra kokos daha narın hissəciklərə çevrilirdi. Hazırda isə lifin alınması üçün parçalamaq əvəzinə kokos qabığını qıxmıqlamaqla, alınan yonqarlarla birləşdirilən kokos lifi torfu (kiçik hissəciklərin bəziləri) qarışığı hazırlayaraq, qarışıqda daha çox lifin birləşdirilməsinə səy göstərilir. Əslində qarışıqda çoxlu narın kokos lifi torfunun olması arzuolunan deyil, çünki onlar yaxşı yayılmır və yaxşı havalandırılmış vasitə hesab olunmurlar. Kokos lifi üzrə qabaqcıl istehsalçılar hal-hazırda müxtəlif məqsədlər üçün kiçik və ya çox kiçik (diametri 4mm-dən az) hissəcikləri ələkdən keçirir və həmçinin müxtəlif havalandırma xüsusiyyətlərinə malik olan kokos lifi istehsal edirlər. Məsələn, gerberalar üçün köklərin yaxşı havalandırılması tələb olunur. Belə ki, gerberalar əkilməzdən əvvəl yaxşı isladılmış kokos lifi pemza (və ya perlit) ilə qarışdırılır və sonra dibçəklər həmin qarışıqla doldurulur, bununla da onların köklərinin havalandırılması təmin edilir. Müasir həll yolu kimi sıxılmış gerbera presi və ya dibçəyə yerləşdirilib üzərinə su əlavə olunan kimi şişib dibçəyi tam dolduran yüksək havalandırmaya malik kokos lifindən istifadə edilir. Bu üsul vaxta və büdcəyə qənaət edir. Heç şübhəsiz gələcəkdə giləmeyvələr və meyvə ağacları üçün də bənzər strategiyalardan istifadə ediləcək.

Kokos lifinin hazırda mövcud olan digər mümkün yetişdirmə vasitələri ilə müqayisədə bir çox üstünlükləri vardır. Daş yunu spesifik standartlara uyğun istehsal oluna bildiyindən qızıl standart hesab olunur; bununla belə, onun bir sıra çatışmayan cəhətləri də vardır. Əsas problem məhsulun istifadə edildikdən sonra atılmasıdır. Yalnız Avropada yenidən kərpicə çevrilməsi üçün daş yununu istehsalçıya qaytarmaq mümkündür (və vacibdir); qaytarmaq mümkün olmayan digər ölkələrdə isə istifadə olunmuş plitələr zibilxanalara atılmalıdır. Bu məhsulun aşağıda üç çatışmayan cəhəti göstərilmişdir:-

  1. Plitələrin həcmi böyük olduğundan (tərkibində 93% hava saxlayır) daş yunu plitələrinin məhsulların yetişdirildiyi zavoda daşınması baha başa gəlir.

  2. Plitələrin maksimum istifadə ediləbilmə hündürlüyü 8 sm təşkil edir və bu da plitənin saxlaya biləcəyi suyun miqdarını məhdudlaşdırır.

  3. Hər bir plitədə olan suyun tərkibinin cərgə boyunca təqribən bərabər olmasını təmin etmək üçünplitələr novlarla bir səviyyədə qoyulmalıdır.

Bundan əlavə, kokos lifi öz həcminin 7 qatı qədər sıxıla bildiyindən daşınması nisbətən ucuzdur, həmçinin suyu saxlama qabiliyyətinə görə istənilən hündürlükdə ola bilər və düz yerə qoymağa ehtiyac yoxdur. 

Bununla belə, qeyd etmək lazımdır ki, kokos lifinin ən qədim mənbələrinin bəzilərinin tərkibində yüksək miqdarda soda saxlandığından və digərləri havalandırma və su saxlama qabiliyyəti baxımından fərqli fiziki xüsusiyyətlərə malik olduğundan, keyfiyyət baxımından ürəkaçan olmamışdır. Bu, artıq günümüz üçün keçərli deyil, çünki öz zavodu olan başlıca kokos lifi istehsalçıları (spot bazarında kokos lifi alanların əksinə) havalandırma və rütubət saxlama xüsusiyyətlərinə görə məhsullarını standartlaşdırmağa, onun sodadan təmizlənməsinə, EK və pH səviyyəsinin aşağı olmasına, müxtəlif ölçülərdə və qırıntılar və torf lifinin qarışığı halında istehsal edilməsinə və müxtəlif havalandırma dərəcəsini (və dolayısıyla su saxlama xüsusiyyətlərini) təmin etməyə çalışırlar.

Bir çox kokos lifi təchizatçıları ölçüsü 4 mm-dən az olan lif hissəciklərini təmizləyir və beləliklə kokos lifinin nəmlənmə (və havalanma) qabiliyyətini artırır. Əslində kokos lifinə edilə bilən ən əhəmiyyətli təkmilləşdirmə standartlaşdırmanın təmin edilməsidir; beləliklə modullar uyğun havalandırma və rütubət saxlama xüsusiyyətləri ilə hazırlana bilər.  
İlk dəfə daş yunu hazırlandığından və modulların ölçüləri maksimum effektiv hündürlüklə (su saxlama xüsusiyyətləri) müəyyən olunduğundan, kokos lifinin modulları da bənzər ölçülərə malik olmuşdur. Bu, vacib məsələ deyil, çünki kokos modullarının kvadrat (çarpaz bölməli) və ya (çiyələklərdə göstərdiyimiz kimi) daha hündür və ensiz olmamasının tam əsaslı səbəbi yoxdur!! Səbəb odur ki, kokos lifi daş yunundan fərqli olaraq torpaq kimi müxtəlif məsamələrə malik olduğundan suyu tərkibində fərqli şəkildə saxlayır, və demək olar ki bərabər miqdarda sudan istifadə etməklə, daha az diqqət tələb edir.Daş yununun su saxlama qabiliyyətinə görə, plitələrin bərabər səviyyədə olması zəruridir, ancaq kokos lifi plitələri üçün bu, elə də vacib deyil.

Kokos lifinə alternativ çoxlu sayda üzvi yetişdirmə vasitəsi vardır, bununla belə kokos lifinin uzunmüddətli stabilliyi müsbət cəhətdən nəzərdən keçirilməli olan əsas məsələ olaraq qalır.

Kokos lifindən istifadə edərkən nəzərdən keçirilməsi vacib olan əsas məsələlər istehsal zamanı idarə edilə bilən havalandırma xüsusiyyətləri və kokos lifinin kimyəvi vəziyyətidir. Kokos lifinin ilkin mənbələrinin bəzilərinin tərkibində soda olmuş və zəif havalandırma xüsusiyyətlərinə malik olmuşlar. Son illərdə kokos lifində olan soda səviyyəsinin aşağı olmasını təmin etmək üçün bir sıra əhəmiyyətli cəhdlər edilmişdir. Buna sodanı kokos lifindən təmiz su ilə süzüb ayırmaq və ya (ən yaxşısı) kokos lifinə kalsium nitrat məhlulunu tətbiq edib artıq qalan kalsium nitrat miqdarını təmiz su ilə lifdən ayırmaq yolu ilə nail olmaq olar. Bu, adi təmiz suyun təklikdə istifadə edilməsindən daha effektivdir, çünki kalsium kokos lifində olan sodanı əvəz edir və bu, sonradan “tamponlanmış” kokos lifi kimi də adlandırılır.
Kokos lifinin tərkibində sodanın hansı səbəbdən olması da sual altındadır. Əvvəllər kokos qabıqları ip hazırlanması üçün istifadə edilən kokos liflərinin gücləndirilməsi məqsədilə şor su ilə isladılırdı; bu, mümkün izahlardan biridir. Başqa bir inanca görə, kokoslar dəniz kənarında yetişdirildiyindən, yerli torpaqların tərkibində okeandan gələn dəniz suyu spreyindən qaynaqlanan soda olur. Bununla belə, kokosların okeana yaxın sahillərdə yetişən palmalardan alınmalı olmasının heç bir səbəbi olmadığından, bu, eləcə də vacib məsələ hesab edilmir. Kokos lifi satışa çıxarılarkən, soda tərkibi, EK və pH haqqında, eləcə də havalandırma xüsusiyyətləri haqqında məlumatlar da qeyd edilməlidir. 20%, 30%, 40% və ya daha çox miqdarda vaxtaşırı suvarma tələb edən kokos lifləri pomidorlar üçün daha çox əlverişli olduğu halda, havalandırması zəif olanlar çiyələk və digər giləmeyvələr üçün uyğun hesab olunur. 

Bəs bu liflərin gələcəyi haqqında nə demək olar?
Artıq qeyd etdiyim kimi, yaxın gələcəkdə bağçılıqda bərk və davamlı yetişdirmə vasitəsindən istifadə olunacaq. Kokos lifi bu baxımdan istifadəyə yaralı hesab edilir. Kokosun qlobal təchizatı faktiki olaraq qeyri-məhduddur, yəni saman örtüyü kimi sahədə istifadə edilməzdən əvvəl bir dəfədən çox istifadə edilə bilər.

Dr Nikols bu yaxınlarda Şri Lankanın Brown Grown LTD  kokos lifi üzrə  şirkəti tərəfindən Texniki müşavir vəzifəsinə qəbul edilmiş və o, Şri Lankada şirkətin zavodlarına baş çəkmişdir.