ÜSTÜNLÜKLƏRİ

Hind qozu substratının üstünlükləri

Müasir qapalı torpaq aqromədəniyyəti hər kvadrat metrdən əvvəl heç zaman olmadığı dərəcədə məhsul əldə etmək imkanını verir. Müasir texnologiyalar əkinçilik üçün istər istehsalçılar, istərsə də bitkilər üçün əlverişli olan yüksək keyfiyyətli, sabit və etibarlı mühitin yaradılmasını tələb edir, məsələn, hind qozu lifi.

Hind qozu lifi — bütün bitkilər üçün ideal üzvi mühitdir; bu, tropik iqlimdə geniş şəkildə bitən, bərpa olunan təbii ehtiyatdır və keçmişdə məşhur olan məhsullardan fərqli olaraq, 100% bioloji parçalanan məhsuldur.

Ərslər boyunca Hind qozu qabığının xarici qatı kəndirlərin, qapı döşəmələrinin və süpürgələrin istehsalı üçün istifadə olunurdu və lazım olmayan tullantılar sadəcə zibilliyə atılırdı. Lakin, biz bu qalıqların bitkilərin becərdilməsi üçün bioloji mühit kimi geniş imkanlarını aşkar etdik. Hind qozu lifləri – torpaq üçün milyonlarla kapillyarlardan ibarət olan çoxprofilli kondisionerdir ki,o, suyu torpaq qatında yaxşı saxlayır və bitkilərin kök sistemi üçün zəruri olan 30% aerasiyanı təmin edir.

Hind qozu torfu homogen materialdır və asanlıqla və ətraf mühit üçün təhlükəsiz şəkildə istifadə oluna bilər. Hətta istifadə olunandan sonra o, torpağın yaranma şəraitini yaxşılaşdırır ki, bu da ətraf mühit üçün zərərli olan bahalı emal metodlarından fərqli olaraq, işlənmiş substratın istifadə dəyərini azaldır.

Mükəmməl fiziki keyfiyyətləri sayəsində Hind qozu lifindən hazırlanan məmulatlar artım zamanı sıxılmaya və qurumaya qarşı davamlı olur, müstəsna struktur dəstəyini təmin edir ki, bu da bitkilərin inkişafı dövründə parçalanmanın qarşısını alır və düzgün artım üçün tamamilə ideal mühit yaradır.