HAQQIMIZDA

Biznesimiz haqqında

BİZ KİMİK?

Brown Coir Pvt Ltd haqqında

Yeni minilliyin astanasında gənc və ambisiyalı lanklı özünün böyük bir arzusunu həyata keçirərək, hind qozu lifinin istehsalı üzrə dünya miqyaslı zavodu açmışdır. Biz bütün dünyada bitkiçilik sahəsində artan tələbatın təmin olunması üçün yüksək keyfiyyətli hind qozu torfunu istehsal və ixrac edirik.

Cud Lopes özünün ekspertlər komandası ilə birgə tam qüvvəsini yüksək keyfiyyətli hind qozu torfunun istehsalına yönəltmişdir. Hal hazırda BrownCoir şirkəti hind qozu lifindən xüsusi məhsulların istehsalı və yayılması sahəsində dünya lideridir və ən yüksək keyfiyyət səviyyəsi və bütün Cənubi Asiya regionunda ən böyük istehsalat həcmi ilə fərqlənir.

Şri-Lankanın hind qozu üçbucağının mərkəzində strateji yerləşən üç zavodda işləyən BrownCoir şirkəti ildə 20 000 tona yaxın hind qozu torfunu istehsal və ixrac edir. Zavodlarımız hind qozu lifindən herberlərin becərdilməsi üçün yalnız yüksək keyfiyyətli blokları, briketləri, plitələri və diskləri, eləcə də, digər məhslları istehsal edir. BrownCoir bitkiçilik sahəsi üçün etibarlı mühitin yaradılmasına imkan verən etibarlı və effektiv məhsullar təklif edir.

BrownCoir şirkətinin üç zavodu Şri-Lankada yerləşir və hər il ixracat üçün 20 000 – dən artıq hind qozu torfu istehsal edir. Brown Silver, Bronze, Diamond və Platinum məhsulları bütün dünya üzrə bitkiçiliklə məşğul olanlar üçün müxtəlif meyvə, tərəvəz, giləmeyvə və dekorativ bitkilərini: tomat, xiyar, istiot, badımcan, çiyələk, moruq, salatlar, göyərti, qızılgül təchiz edir. Hind qozu lifini praktiki olaraq hər yerdən almağın mümkün olması faktı bu təbii materialın məşhurluğuna və onun aqronomiya peşəkarları sahəsində geniş tələbata malik olmasına dəlalət edir.

Hind qozu lifini MDB ölkələrindən almaq olar, eləcə də, biz BrownCoirпо məhsulunu bütün dünya ölkələrinə təchiz edə bilərik. Bu səbəbdən də, “Hind qozu lifini haradan almaq olar?” sualının cavabı həddindən artıq asandır. BrownCoirmüəssisələri analoji sintetik məhsullarla rəqabət aparmaq qabiliyyətinə malik olan yüksək keyfiyyətli hind qozu torfunu istehsal edir. Məhsulumuzun sintetik polimerlərdən istehsal olunan məhsullarla müqayisədə üstünlükləri aşkardır:

BrownCoir məhsulunun ətraf mühit üçün 100% - lik təbiiliyi, bütün məhsullar bioloji cəhətdən parçalanandır, təbiət üçün zərərsizdir ki, bunu sintetik materiallar haqqında demək mümkün deyil.

Məhsulumuz ikinci dərəcəli emal üçün yararlıdır, bu da ətraf mühitin çirklənməsinə gətirib çıxarmır; Hind qozu torfundan disklər, plitələr (qatlar), briketlər və bloklar bitkilərin istixana təsərrüfatlarında hidroponika sisteminin istifadəsi ilə optimal şəkildə becərdilməsi üçün yararlı olan formaya və həcmə malikdirlər. Briketlərin və qatların forması universaldır, bu da qapalı torpaqla məşğul olan peşəkarlar arasında məhsula geniş tələbatı təmin edir. Hind qozu lifindən məmulatların forması xüsusi olaraq daşıma və sonradan istifadə üçün rahat olan kompakt və erqonomik qablaşdırma üçün uyğunlaşdırılmışdır.

Hind qozu lifinin daxili strukturu havanın, suyun və qidalandırıcı maddələrin bitkilərin tam vegetasiya sikli boyunca verilməsini təmin edən ideal ötürücü sistemə malikdir. Substrat tam vegetasiya sikli boyunca kök sisteminin ideal strukturunu təmin edir, eləcə də, sıxılma və quruma əleyhinə mükəmməl vasitədir. Hazır materialın çoxpilləli təmizlənməsi və yuyulması sayəsində BrownCoir firmasının hind qozu lifindən məhsulunun sterilliyi sintetik analoqlardan geri qalmır, nəticədə hazır məhsulun yüksək keyfiyyəti əldə olunur ki, bu da bitkilərə zərərli təsir göstərən parazitlərin, zərərli orqanizmlərin və patogenlərin əmələ gəlməsini istisna edir.

Hind qozu torfundan, hind qozu lifindən və çipslərindən hazırlanan kubiklər, qatlar, briketlər və disklər - BrownCoir şirkəti yalnız dünya standartlarına və dünya üzrə bitkiçiliklə məşğul olanların tələbatlarına uyğun olan ən yüksək keyfiyyətli məhsulları istehsal edir.

Hal hazırda BrownCoir şirkəti hind qozu lifindən yüksək keyfiyyətli BrownSilver, Bronze, Diamond və Platinum məhsullarının Cənubi – Şərqi Asiya, Meksika, Kanada regionlarında ən böyük təchizatçılarından biridir.

MƏQSƏDIMIZ & MİSSİYAMIZ

Brown Coir Pvt Ltd


Məqsədimiz

Hind qozu lifindən və substratlarından nadir xarakteristikalara malik olan və bütün dünyada tanınan yüksək keyfiyyətli məhsulun istehsalı və ixracı üzrə liderə çevrilmək.

Missiyamız

Bütün dünyada məqsədli müştəriləri cəlb etmək məqsədi ilə ekoloji təmiz metodlardan istifadə etməklə müasir yüksək keyfiyyətli hind qozu torfunu istehsal etmək. Biz Asiyanın hind qozu üçbucağının həyat qabiliyyətinə zərər vurmadan dünya üzrə bitkiçilik üçün dinamik inkişaf edən mühitləri yaradaraq, yüksək keyfiyyətli hind qozu lifinin hazırlanması üzrə tədqiqatlara investisiyalarımızı davam etdirəcəyik.

HİND QOZU TORFUNUN KEYFİYYƏTİ

laboratoriyada

Siz əmin ola bilərsiniz ki, BrownGrow premium sinfə aid üzvi hind qozu substratıdır və bizim ISPM15beynəlxalq ixrac keyfiyyəti standartına cavab verən, məhsulun qorunmasına və hər sikldə onun sağlam inkişaf etməsinə yönəlmiş ciddi tələblərimizə uyğun şəkildə istehsal olunur.